Unibankda mikrokreditlər komissiyasız oldu | Banco.az

Unibankda mikrokreditlər komissiyasız oldu

Biznesinizi böyütmək üçün əsl fürsətdir. Unibankda mikrokreditlər  0% komissiyalı oldu. Ticarət, istehsal, kənd təssərrüfatı və xidmət sahələrində fəaliyyət göstərən biznes sahibləri 15 000 manatadək biznes kreditlərini komissiyasız əldə edə bilərlər.  Mikrokreditlər  operativ şəkildə 1-3 gün ərzində verilir. Kredit üçün sahibkarlardan sənəd tələbi də minimum olub. 0% komissiyalı mikrokredit aksiyası avqustun 6-dək davam edəcək. 

Hazırda ölkəmizdə on minlərlə sahibkar öz biznesini böyütmək arzusundadır və Unibank davamlı olaraq onlara dəstək verir.  Biznesini genişləndirmək istəyən sahibkarlar bankın Bakıda və eləcə də regionlarda yerləşən filiallarına müraciət edərək, sərfəli  biznes kreditlərindən faydalana bilərlər.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək fəaliyyət göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.azHYPERLINK "http://www.facebook.com/unibank.az%A0,https://twitter.com/unibank" ,HYPERLINK "http://www.facebook.com/unibank.az%A0,https://twitter.com/unibank"https://twitter.com/unibank ) əldə etmək olar.

Unibank-hər kəsin bankı