Bank “BTB” 2017-cı ilin ilk yarımilliyini mənfəətlə başa vurub | Banco.az

Bank “BTB” 2017-cı ilin ilk yarımilliyini mənfəətlə başa vurub

Bank “BTB” ASC 2017-ci ilin ilk yarımilliyi üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən 31.06.2017-ci il tarixinə Bankın aktivləri 235067.3 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30%-ə yaxın artım deməkdir. Eyni zamanda Bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 50.5% artaraq 135931.2 min manata çatıb. Hesabat dövrü ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə banka cəlb edilmiş vəsaitlər üzrə ümumilikdə 42.5% artım olub. Yarım ilin yekununda bankın mənfəəti 121.8 min manat təşkil etmişdir. Məcmu kapital MBNP-nın ölkədəki kommersiya banklarının kapital tələbinə tam cavab verərək 53168.85 min manat təşkil etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hal hazırda Bank BTB 10 filial, 7 şöbə və Baş ofisin nəzdində fəaliyyət göstərən Müştəri Xidməti Departamenti ilə təmsil olunur.