Gəlir əldə etmək üçün “Əlavə fürsət”! | Banco.az

Gəlir əldə etmək üçün “Əlavə fürsət”!

Expressbank əmanət üzrə faizləri öncədən götürmək istəyən müştərilər üçün “Əlavə fürsət” əmanət məhsulunu təklif edir. Belə ki, bu əmanət növü üzrə 1 illik 13% qazanc şərtləri ilə əmanət açan müştərilər illik gəlirlərini aybaay və ya müddətin sonunda deyil, əmanətin açıldığı gün götürə bilirlər. Müştərilər gəlirlərini öncədən götürməklə həmin vəsaiti hər hansı digər ehtiyaclarının ödənilməsinə yönəldə və ya bank əməkdaşlarının konsultasiyası əsasında gəlirlərini artıra biləcək digər bank məhsullarına yatıra bilərlər.

Bu əmanət məhsulunun üstünlükləri bununla bitmir. Expressbank “Əlavə Fürsət” əmanəti üzrə müştərilərinə pulsuz plastik kart təqdim edir, əmanət əsasında kredit götürmək imkanı da yaradır. Depozit Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Bərdə, Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək ATM-i, 7000-dək POS terminalı və 400-dən artıq ExpressPay ödəniş terminalı xidmət göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-lagəlirlərindən də gəlir qazanmaq istəyən müştərilər bu barədə daha ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərlər.

Expressbank-ın “Əlavə fürsət” əmanəti ilə gəlirinizdən gəlir qazanın.