“BTB” ASC “Big four”a daxil olan şirkətin auditini uğurla keçdi | Banco.az

“BTB” ASC “Big four”a daxil olan şirkətin auditini uğurla keçdi

Bank “BTB” ASC illik audit hesabatını açıqlayıb. 2016-cı il üzrə bankın fəaliyyəti və maliyyə vəziyyətinin daha mütərəqqi şəkildə audit olunması məqsədi ilə ən nüfuzlu 4 beynəlxalq audit şirkətindən biri olan “KPMG Azerbaijan Ltd” şirkəti cəlb edilmişdir.

KPMG-nin rəyinə əsasən Bankın maliyyə hesabatlığı beynəlxalq standartlara uyğun olaraq aparılmışdır. Bankın fəaliyyəti stabildir, kapital normalara uyğundur və adekvatlıq əmsalı yüksəkdir. Likvidlik həddi effektiv səviyyədə saxlanılıb. Müsbət tendesiya kimi 2017-ci ilin əvvəlində müddəti bitmiş əmanətlərin əksəriyyətinin vaxtının uzadılması göstərilib. Bu da əmanətçilərin banka olan inamının göstəricisidir. Qeyri-faiz əməliyyat gəlirləri istiqamətlərində artımın olduğu göstərilib. Belə ki, komissiya gəlirləri 2015-ci il ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb.

Ən sərfəli kredit üçün müraciət et

Audit rəyi ilə bankın korporativ saytında tanış olmaq olar.

Qeyd edək ki, hal hazırda Bank BTB 10 filial, 7 şöbə və Baş ofisin nəzdində fəaliyyət göstərən Müştəri Xidməti Departamenti ilə təmsil olunur.