BTB elan etdiyi “Arzulara Yaxın Ol” müsabiqəsinin qalibi 1500 manat alacaq! | Banco.az

BTB elan etdiyi “Arzulara Yaxın Ol” müsabiqəsinin qalibi 1500 manat alacaq!

Bank BTB ASC “Arzulara Yaxın Ol” adlı müsabiqə elan edir. Müsabiqənin əsas şərti: “arzunuzla” kreativ selfi çəkdirərək həmin şəkili bankın rəsmi facebook səhifəsində yerləşdirməkdir.

Müsabiqənin şərtlərinə uyğun olan şəkillər xüsusi yaradılmış #ArzularaYaxınOl albomuna, iştirakçının adı göstərilməklə yerləşdiriləcək. Keyfiyyətsiz, şərtlərə və etik qaydalara, mövzuya uyğun olmayan şəkillər müsabiqədə iştirak etməyəcək.

Müsabiqə oktyabr ayının 19-na qədər davam edəcəkdir. Bu albomda ən çox “Like” toplamış 3 iştirakçı qalib elan olunacaq. Müsabiqənin hədiyyə fondu: 1-ci yerin qalibi 1500 AZN; 2-ci yerin 1000 AZN və 3-cü yerin sahibi isə 500 AZN qazanacaq. Müsabiqədə yalnız 18 yaşına çatmış şəxslər iştirak edə bilər.             

Müsabiqə barədə Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi saytwww.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.