Yay mövsümündə nağdsız ödənişləri daha da təşviq etmək məqsədi ilə “Bank of Baku” Bolkart sahiblərini mükafatlandırmağa başlayır.”Yay çempionları” adlı mükafatlandırma kampaniyası çərçivəsində ən fəal Bolkart sahibləri maddi mükafatlar və hədiyyələr əldə edəcək.
Kampaniya 22 iyun - 22 avqust tarixləri arasında keçirilir.
Mükafatlandırma kampaniyası iki mərhələdən ibarətdir: birinci mərhələ 22 iyun - 21 iyul tarixlərini, ikinci mərhələ isə 22 iyul - 22 avqust tarixlərini əhatə edir.
Beləliklə, hər 2 mərhələ müddəti ərzində, say etibarilə aşağıdakı sahələr üzrə ən çox alış veriş etmiş Bolkart müştəriləri mükafatlandırılacaq:
Bankın təqdim etdiyi pul mükafatlarından başqa, qaliblərə Bolkart partnyorlarının da xüsusi sürpriz hədiyyələri təqdim olunacaq.
Hesablamalar zamanı, eyni gün ərzində bir mağazada keçirilən bir neçə ödəniş olarsa, həmin ödənişlər bir ödəniş kimi nəzərə alınacaq.
Hər bir Bolkart sahibi bir mərhələ çərçivəsində yalnız bir sahə üzrə qalib ola bilər.
Hər həftə www.facebook.com/bolkart səhifəsi vasitəsilə yarışda öndə olan şəxslərin kart nömrələri elan ediləcək. Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün “Bank of Baku”-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.