Azərbaycanın ən populyar kredit kartı olan Bolkart sahibləri indi ən yeni və dəbli mobil telefonları və planşetləri sərfəli şərtlərlə əldə edə bilər. 22 noyabr 2012 il - 1 fevral 2013 il tarixləri arasında Bolkart sahibləri şəhərin tanınmış mobil telefon mağazaları - Telefon, NLT Telecom və World Telecom şəbəkəsindən hologramlı Samsung telefonlarını alıb, dəyərini 12 ay ərzində ödəyə bilərlər. Bundan əvvəl Bolkartla alış müddəti cəmi 6 ay idi.
Belə ki, Samsung Galaxy S3 telefonunu 12 ay ərzində, ayda cəmi 56 manat, Samsung planşeti 28 manat, Samsung smartfon 13 manat və Samsung Duos cəmi 8 manat ödəməklə əldə etmək mümkündür.
Bu kampaniya Samsung E seriyalı telefonlara şamil olunmur.
Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün Samsung telefonlarının Azərbaycandakı rəsmi distribütoru İntegral şirkətinin 493-94-94 nömrəsi, “Bank of Baku”-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, həmçinin http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.