Bank Respublika fəaliyyətinin 21 illiyi münasibətilə, 22 may tarixindən 22 iyun tarixinədək plastik kartlar üzrə aksiyaya start verir.
Aksiyanın şərtlərinə görə, banka müraciət edən şəxslər Bank Respublika-nın MasterCard Unembossed, MasterCard Standard, Visa Electron, Visa Classic və Virtual Card plastik kartlarını pulsuz, ilkin mədaxil və sığorta depoziti ödəmədən əldə edir.
Bundan əlavə 22 iyul tarixinədək bütün plastik kart sahiblərinə “SMS-notification” xidməti hədiyyə edilir.
Bank Respublika-nın plastik kartları – vəsaitinizi zərurət yaranan vaxtda istifadə etmək imkanı yaradır və üstəlik PayKart bonus sistemi əlavə bonus qazandırır.
Aksiya barəsində daha ətraflı məlumatı Bank Respublikanın ən yaxın filial və ya şöbəsində yaxud 144 qısa nömrəsinə zəng etməklə əldə etmək mümkündür.
Bank Respublika 21 İl Sizə Faydalı!