“Bank of Baku”-dan tibb işçilərinə “Yaxşı həkim axtarırıq!” endirim kampaniyası! | Banco.az

“Bank of Baku”-dan tibb işçilərinə “Yaxşı həkim axtarırıq!” endirim kampaniyası!

17 iyun Azərbaycan tibb işçilərinin peşə bayramı ilə əlaqədar “Bank of Baku” endirimli kredit kampaniyası elan edir.


“Bank of Baku” Azərbaycan səhiyyə sisteminin işçiləri üçün pul kreditlərinin illik faiz dərəcəsində 3 %-lik endirimə başlayır.

Kreditin maksimal məbləği: 10.000 manat.

Müddət: 30 aya qədər.
 

Krediti kimlər ala bilər:bütün səhiyyə müəssisələrinin işçiləri və qeyri – səhiyyə müəssisələrinin tibb işçiləri.


 

Tələb olunan sənəd:“Bank of Baku” ilə razılaşması olan tibb müəssisələrinin işçiləri və bankın təkrar müştəriləri bu kampaniyadan yalnız şəxsiyyət vəsiqəsi təqdim etməklə faydalana bilər.



Kampaniyanın müddəti: 7 iyun - 7 iyul 2013 il.