Kart məhsulları sektorunu genişləndirmək və POS-terminal şəbəkəsinin artırılması məqsədi ilə, Bank Respublika Visa İnternational-dan ticarət və e-kommersiya üçün ekvayrinq lisenziyaslarını almışdır.
“Amrahbank”da depozit həftəsi
2007-ci ildən Əmanətlərin Sığortalanması Fondunun üzvü olan "Amrahbank", müştərilərə bildirir ki, Əmanətlərin Sığortalanması Fondunun qərarı ilə 1 avqust 2013-cü il tarixdən etibarən sığortalanan əmanətlərin yuxarı həddi 12%-dən 10%-ə enəcəkdir.
Məlumat üçün bir daha bildiririk ki, 1 avqust 2013-cü il tarixədək 12 və ondan aşağı illik faiz dərəcəsilə qəbul edilən bütün depozitlər hazırkı dövrün qaydalarına uyğun olaraq depozit müqaviləsinin sonunadək sığortalanacaqdır.
"DekaBank" KB ASC nizamnamə kapitalını artırdı
"DekaBank"KB ASC nizamnamə kapitalını artırdı
Kapital bazasının möhkəmləndirilməsi yüksək likvidliyin saxlanmasının təminatıdır
Bankın nizamnamə kapitalı 30 mart 2013-cu il tarixinə 2012-cu ilin yekun dövrü ilə müqayisədə 179%-ə qədər artaraq 23 985.00 min manat təşkil etmişdir. Xatırladaq ki, 2012-cu ilin yekun dövründə bankın nizamnamə kapitalı 13 417.21 min manat olmuşdur.
Nizamnamə kapitalının artırılması Bankın səhmdarlarının razılığı əsasında həyata keçirilmişdir.
Bank Respublika biznes kreditləri üzrə komissiya haqqlarını azaltdı və şərtlərini sadələşdirdi.
Kiçik və orta biznes sahibkarlarının rahatlığı və özəl sektorun inkişafı üçün daha əlverişli şərtlərin yaradılması məqsədi ilə, Bank Respublika komissiya haqqlarını azaltdı və 30,000 AZN-dən aşağı olan girovların sığorta tələblərini ləğv etdi.
Beləliklə, indi kiçik və orta biznes üçün biznes kreditləri üzrə komissiya haqqı 1%, kreditin maksimal məbləği - 300 min AZN, illik faiz dərəcəsi isə 22% təşkil edir.
Parabank nizamnamə kapitalını 16 mln artırır.
10 iyul 2013-cü il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Parabank” Açıq Səhmdar Cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdiriləcək adi sənədsiz adlı səhmlərinin buraxılışı dövlət qeydiyyatına alınmışdır.
“AtaBank” ASC yeni “Səyahət krediti” məhsulunu təqdim edir.
Kredit üzrə faiz dərəcəsi illik 18%, ilkin ödəniş 30%, kreditin məbləği borcalanın aylıq əmək haqqının 6 mislinədək, maksimum 5000 manat ekvivalenti təşkil edir.
Kredit maksimum 12 ay müddətinə yalnız Azərbaycan Respublikasının vətəndaşlarına manat, avro və ABŞ dolları ilə verilir.
AGBankdan Visa İnfinite, Visa Gold və Visa Platinum kart sahiblərinə xüsusi təkliflər!
Artıq AGBankın Visa İnfinite, Visa Platinum və Visa Gold kart sahibləri, bundan sonra Azərbaycanda xüsusi güzəştlərdən yararlana biləcəklər.
isa Gold kart sahibləri üçün misilsiz endirimlər təklif edir.
AccessBank və AİB Azərbaycanın regionlarında kiçik biznesin dəstəklənməsi üçün 50 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi imzalayıb
Asiya İnkişaf Bankı (AİB) AccessBank-a (Azərbaycan) 5 il müddətinə 50 milyon ABŞ dolları məbləğində kredit verəcək. Bu kreditin məqsədi Azərbaycanın kənd ərazilərində mikro və KOB müəssisələrinin, xüsusilə kənd təsərrüfatı müəssisələrinin və fermerlərin kreditləşdirilməsi ilə əlaqədar Bankın fəaliyyətini dəstəkləməkdən ibarətdir.
Azərbaycan Beynəlxalq Bankının məcmu kapitalı 61% artıb
Azərbaycan Beynəlxalq Bankının aktivləri son bir ildə 24,8% artaraq 2013-ci il iyulun 1-nə 6,42 mlrd. manata çatıb. Bu barədə Bankın mətbuat xidmətindən məlumat verilib.
Bankın kredit portfeli illik müqayisədə 31,2% artaraq 2013-ci il iyulun1-nə 4,473 mlrd. manata çatıb. Fiziki şəxslərə verilmiş kreditlər 518,8 mln. manat təşkil edib.
Hesabat dövründə əhalinin bankdakı əmanətlərinin həcmi 1,482 mlrd. manata bərabər olub ki, bu da 2012 ilin iyulun 1-nə nisbətən 40,7% çoxdur.
"Bank Standard"dan Sizin üçün xəbər var!
Gənclər, gözünüz bizdə olsun!. "Bank Standard"dan Sizin üçün xəbər var!