“UNİBANK” Kommersiya Bankı daha bir səhm emissiyası çərçivəsində öz nizamnamə kapitalını artırıb. Bankın ümumi məbləği 6 000 048 manat təşkil edən, hər birinin nominal dəyəri 2,72 manat olan 2 205 900 ədəd sənədsiz adlı imtiyazlı səhminin yerləşdirilməsi artıq başa çatıb və 16 dekabr 2013-cü il tarixlə emissiya yekunları haqqında hesabat dövlət qeydiyyatına alınıb.
“Moody’s” “Bank Technique”in reytinq proqnozunu “Stabil” səviyyəyə dəyişdirib
“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi “Bank Techhnique” ASC-nin yerli və xarici valyutada bank depozitləri üzrə uzunmüddətli reytinq proqnozunu “Stabil” səviyyəyədək yüksəldib. Eyni zamanda “Moody's” Bankın reytinqini Caa2 səviyyəsində təsdiqləyib.
ASB bankın filiallarının ünvanları dəyişilmişdir.
ASB bankın Sumqayıt şəhərindəki filialını yeni ünvana köçmüşdür. Filialın yeni ünvanı haqqında məlumatlar aşağıdakı kimidir:
Sumqayıt şəhəri 34-cü məhəllə, ev 50-1 (Nizami heykəlinin yaxınlığında)
İş vaxtı: I-V günlər, saat 09:00-17:30
“İdeyalar Bankı” müsabiqəsinin 30-dan çox iştirakçısı öz ideyalarını Bank VTB-yə (Azərbaycan) göndərib
Bank VTB (Azərbaycan) noyabrın 25-dən etibarən “İdeyalar Bankı” adı altında yeni layihəyə start vermişdir. Layihədə arzu edən hər kəs iştirak edə bilər. Müsabiqəyə 2014-cü il martın 25-də yekun vurulacaqdır. Maraqlı ideyalar təklif edən iştirakçılara Bank tərəfindən pul mükafatları təqdim olunacaqdır. Mükafat fondunun ümumi məbləği 3500 AZN-dir.
DəmirBank UPT pul köçürmə sistemi ilə aksiya keçirir
DəmirBank Türkiyənin UPT pul köçürmə sistemi üzrə müştərilərə aksiya təqdim edir.
Aksiya çərçivəsində Türkiyədən pul göndərən müştərilər 10 000 USD / EUR məbləğədək güzəştli qaydada 5 USD / EUR komissiya haqqı ödəyəcək. Aksiya 15 yanvar 2014-cü ilədək davam edəcək.
YENİ İL HƏDİYYƏNİZ AVTOMOBİL OLSUN!
Unibank sizi arzularınıza qovuşdurur! Bankdan götürdüyünüz bir neçə yüz manatlıq kreditin müqabilində , hədiyyəniz on minlərlə manat qiyməti olan avtomobil olacaq. Nə az, nə çox- düz 3 AVTOMOBİL - Nissan Sunny, Nissan Tiida və Nissan Altima bankınızdan sizə hədiyyə. İllərlə xəyal etdiyiniz avtomobil arzunuzu, cəmi bir neçə dəqiqə ərzində reallaşdıra bilərsiniz. Bunun üçün sadəcə şəxsiyyət vəsiqənizi götürüb, Unibank-ın ən yaxın filialına kredit üçün müraciət etməyiniz kifayətdir.
UNİBANK-dan SİZƏ MESAJ VAR
UnibankAzərbaycan bank bazarı üçün bir yeniliyə imza atıb. Müştərilərə xidmət səviyyəsini daim yaxşılaşdırmağı qarşısına məqsəd qoyan Unibank, ölkə bank bazarında ilk dəfə olaraq yeni kommunikasiya kanalından istifadə etməyə başlayıb. Layihə bank müştərilərinə səsli mesajların çatdırılmasını nəzərdə tutur. Səsli mesajlarla müştərilərə onların kredit ödənişi tarixi, ödəniş kanalları, digər xidmət və məhsullar haqda məlumat verilir.
Bolkartdan Yeni il nağdlaşdırması: kartdan indi pul çıxarın, 3 ay sonra ödəyin!
Yeni il ərəfəsində vətəndaşların nağd pula ehtiyacını ödəmək məqsədilə “Bank of Baku” Bolkart sahibləri üçün nağdlaşdırma kampaniyası elan edir. 17-31 dekabr 2013-cü il tarixləri arasında kartdan pul çıxaran Bolkart sahibləri, martın 10-dək faizsiz ödəniş imkanı qazanır. Nağdlaşdırılmış vəsaitin martın 10-dək ödənilməyən hissəsi üçün hər ay 2.5% ödəməklə ödəniş etmək mümkündür. Kart sahibləri balanslarındakı bütün məbləği nağdlaşdıra bilərlər.
Nağdlaşdırmanın komissiya haqqı 5%-dir.
“Bank of Baku” yüzlərlə müştərisini bahalı hədiyyələrlə mükafatlandırdı!
14 dekabr 2013-cü il tarixində “Bank of Baku”-nun daimi kredit müştəriləri olan “Dostlar klubu” üzvləri üçün stimullaşdırıcı lotereyanın ikinci tirajı keçirilib. Lotereyanın oynanılması ATV telekanalının canlı efirində nümayiş etdirilib. Lotereyanın xüsusi qonağı qismində Azərbaycanın xalq artisti Brilliant Dadaşova çıxış edib.
“NƏ? HARADA? NƏ ZAMAN?” YENƏ UNİBANK-da
Unibank-ın əməkdaşları və partnyorları arasında “NƏ? HARADA? NƏ ZAMAN?” intellektual yarışması keçirilib. Artıq 2-ci dəfədir təşkil edilən bu dostluq yarışması xoş ənənəyə çevrilib. 33 komandanın qatıldığı yarışmada, komandalar 60 sualı cavablandırıblar.