Müəllif: Tamara Mustafayeva, Banco.az
“YouTube”un süni intellektlə dəstəklənən yeni funksiyası videolara yazılan bütün şərhləri ümumiləşdirə biləcək
Banco.az xəbər verir ki, “YouTube” platforması bu yaxınlarda sınaq mərhələsində olan iki yeni funksiyanı elan edib.
Bu yeniliklər platformanın süni intellekt dünyasına addım atmaqda maraqlı olduğunu göstərir. Yeni funksiyalar istifadəçilərin şərhlərlə qarşılıqlı əlaqəsini kökündən dəyişə bilər.
Məlum olduğu kimi, “YouTube”da yazılan şərhlər video haqqında fikirlərimizin formalaşmasında mühüm rol oynayır. Bununla belə, bəzən şərhlər çaşqınlıq yarada və ümumi auditoriyanın video haqqında nə düşündüyünün başa düşülməsini çətinləşdirə bilər.
“YouTube”un innovativ funksiyası süni intellektlə videoya daxil olan bütün şərhləri ümumiləşdirəcək və tamaşaçıların ümumi fikirlərini istifadəçilərə və video sahibinə daha başa düşülən şəkildə təqdim edəcək. Bu funksiya tətbiq olunarsa, şərh bölməsinə yeni tab əlavə olunacaq. İstifadəçilər “Mövzular” (Topics) bölməsinə daxil olaraq, konkret fikirlər üçün qeyd olunan şərhlərə daxil ola biləcəklər. Eyni zamanda mövzuları araşdıraraq geniş auditoriyanın fikirlərini asanlıqla anlaya biləcəklər. Qeyd edək ki, bu funksiya hazırda yalnız ingilis dilində mövcuddur.
Başqa bir funksiya isəistifadəçilərə videolara baxarkən daha çox məlumat və qarşılıqlı əlaqə seçimləri təmin etmək üçün əlavə olunur. Belə ki, “YouTube” süni intelleklə işləyən söhbət robotu yaratmaqla tamaşaçılara videonu dayandırmadan suallar verməyə, əlaqəli məzmun üçün tövsiyələr almağa və s. imkan yaradacaq. Xüsusilə akademik videolarda bu alət mövzunu daha yaxşı başa düşmək üçün tamaşaçılara suallar verəcək və onların cavablarını yoxlayacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!