Yay ayında biznesi necə inkişaf etdirmək olar? | Banco.az

Yay ayında biznesi necə inkişaf etdirmək olar?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Havalar istiləşdikcə biznes sahəsində durğunluq yaranmağa başlayır. Bu zaman satışlar ciddi aşağı düşür, hətta bütün yayı şirlət zərərdə işləməli olur.

Bəs vəziyyəti nəzarət altına almaq üçün sahibkarlar hansı addımı ata bilərlər?

Məsələ ilə bağlı Banco.az-a açıqlama verən İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə deyib ki, şirkətlər bazarda qalmaq üçün müxtəlif kampaniyalar keçirə bilərlər:

“Əsasən təlim sektorunda, yay aylarında satışlar ciddi surətdə aşağı düşür. Əksinə,  yay aylarında çimərlik, dondurma, müxtəlif suların satışı ilə məşğul olanlar üçün bazarda vəziyyət yüksələn xətt üzrə inkişaf edir.

Əgər müəssisə yay aylarında bazarda qalmaq istəyirsə, çox mənfəətə fokuslanmamalıdır. Əksinə, bazarda qalma strategiyasına önəm verməlidir. Zərərlə üzləşməmək üçün müxtəlif kampaniyalar keçirməlidir.  Bu, müxtəlif sektorlara görə dəyişə bilər. Məsələn,  “Dostunu gətir, endirim qazan” kimi kampaniyalar keçirməklə müştərilərin diqqətini cəlb etmək mümkündür. Burada məqsəd, sezonu normal surətdə, itkisiz başa vurmaqdır”.

Ən sərfəli kredit üçün müraciət et

Mütəxəssis təlim işi ilə məşğul olan şirkətlərə də məsləhət verib. O bildirib ki, qrup halında keçirilən təlimlərdənsə, fərdi formada təlimlərə üstünlük vermək lazımdır:

“Yay aylarında insanlar vaxt tapdıqca, daha çox  fərdi təlimlərə üstünlük verirlər. Şirkətlər bu fürsətdən leyhinə istifadə edərək,  mövcud müştərilərinə endirimli məhsullar təklif edə bilərlər”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et