Yarışmada qalib olan rəsm əsərinin süni intellektlə hazırlandığı bəlli olub | Banco.az

Yarışmada qalib olan rəsm əsərinin süni intellektlə hazırlandığı bəlli olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Məlum olub ki, alman rəssam Boris Eldaqsenə mükafat qazandıran fotoşəkil süni intellektin köməyi ilə hazırlanıb.

Banco.az xəbər verir ki, “2023 Sony Photography Awards”da mükafata layiq görülmüş rəssamlardan biri sözügedən fotoşəklin süni intellekt tərəfindən hazırlandığını dilə gətirib.

Alman rəssam Boris Eldaqsen müsabiqəyə “Pseudomnesia: The Electrician” əsəri ilə qoşulduğunu və fotoqrafiyanın gələcəyi ilə bağlı müzakirə yaratmaq istədiyini bildirib. Mükafat komitəsi rəsmiləri isə bildiriblər ki, Eldaqsen onları fotoqrafiyada süni intellektin rolu ilə bağlı yanlış məlumatlandırıb. 

Alman rəssam isə bu məsələyə diqqət çəkmək istədiyini və süni intellektin əsl fotoqraflarla rəqabətə girməməli olduğunu vurğulayıb.

Eldaqsenin məsələ ilə bağlı şərhi isə belə olub:

Ən sərfəli kredit üçün müraciət et

“İşimi seçdikləri üçün münsiflər heyətinə təşəkkür edirəm. Bunun süni intellekt tərəfindən ərsəyə gətirildiyindən heç şübhələniblərmi, əmin deyiləm. Belə yarışmalarda süni intellektlə əsl fotoqraflar bir-biri ilə rəqabət aparmamalıdır. İkisi iki fərqli anlayışdır. Süni intellekt fotoqrafiya deyil. Ona görə də mükafatdan imtina edirəm.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et