Yaponiyada “Meta”ya qarşı məhkəmə iddiası qaldırılacaq | Banco.az

Yaponiyada “Meta”ya qarşı məhkəmə iddiası qaldırılacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Yaponiyanın bir qrup sakini Amerikanın “Meta Platforms” korporasiyasına qarşı saxta “Facebook” reklamlarına görə məhkəmə iddiası qaldıracaq.

Banco.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, 30-a yaxın yerli sakin adından ümumi məbləği 300 milyon yen (təxminən 2 milyon dollar) olan kollektiv iddia qaldırılıb. 

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, söhbət “Facebook”da yerləşdirilən və yaponiyalı məşhurların investisiya fonduna pul yatırmağı təklif edən reklamdan gedir. Bildirilir ki, əslində bu yapon məşhurlarının heç birinin fondla əlaqəsi olmayıb və ümumiyyətlə fondun özü də mövcud olmayıb. 

Zərərçəkənlər iddia edirlər ki, “Facebook” öz istifadəçilərini dələduzlardan qorumaq üçün lazımi addımlar atmayıb.