Yaponiya Ukraynaya 235 milyon dollar dəyərində güzəştli maliyyə ayırıb | Banco.az

Yaponiya Ukraynaya 235 milyon dollar dəyərində güzəştli maliyyə ayırıb

Müəllif:Ayşən İmanova/Banco.az

Yaponiya Dünya Bankının layihələri vasitəsilə Ukrayna büdcəsinə 235 milyon dollar güzəştli maliyyə köçürüb.

Banco.az xəbər verir ki, bu barədə Ukrayna hökumətinin saytında məlumat verilib.

Ən sərfəli kredit üçün müraciət et

Bildirilib ki, vəsait sahibkarlığın və təhsilin dəstəklənməsi sahələrində mülki layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulub.

Kiyev dəfələrlə bəyan edib ki, ölkə müstəqil olaraq yalnız hərbi büdcə maddələrini ödəyə bilər, qalan hər şey müttəfiqlərinin köməyi ilə maliyyələşir. Ümumilikdə, Ukrayna 2022-ci ilin fevral ayından Dünya Bankı vasitəsilə sosial və humanitar xərclər üçün 40 milyard dollardan çox vəsait alıb.