Rusiya şirkətlərinin mənfəəti iki ilin minimumuna düşüb | Banco.az

Rusiya şirkətlərinin mənfəəti iki ilin minimumuna düşüb

Müəllif:Ayşən İmanova/Banco.az

Yüksək faiz dərəcələri və xərclərin artması Rusiya şirkətlərinin maliyyə nəticəsinin (mənfəət çıxılsın zərər) sentyabrda iki il ərzində ən pis göstərici olmasına gətirib çıxarıb.

Banco.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Dövlət Statistikası Xidməti (“Rosstat”) bildirib.

Bu ilin doqquz ayı ərzində bu rəqəm 21,37 trilyon rubl (təxminən 189 milyard dollar) təşkil edib. Sentyabrda maliyyə nəticəsi rekord həddə aşağı - 1,34 trilyon rubl təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətlər sonuncu dəfə iki il əvvəl – 2022-ci ilin sentyabrında bir trilyon rubldan bir qədər az qazanmışdılar. Sentyabra qədər şirkətlərin mənfəəti rekord keçən ildən bir qədər geri qalsa da, (yanvar-avqustda 5,8 %), doqquz aylıq nəticə keçən ilə nisbətən 19,1 % pisdir.

Rusiya Federasiyasının Maliyyə Nazirliyi artıq həyəcan təbili çalır: gəlir vergisi daxilolmalarının azaldığını qeyd edir.