Britaniyada avtomobil istehsalı azalıb | Banco.az

Britaniyada avtomobil istehsalı azalıb

Müəllif:Ayşən İmanova/Banco.az

Böyük Britaniyada oktyabr ayında avtomobil istehsalı ötən ilin eyni ayı ilə müqayisədə 15,3% azalaraq 91,521 min ədəd təşkil edib.

Banco.az xəbər verir ki, bu barədə Motor İstehsalçıları və Tacirləri Cəmiyyəti (SMMT) məlumat yayıb.

Qeyd olunub ki, azalma ardıcıl səkkizinci aydırki davam edir.

Daxili bazar üçün 16 178 min avtomobil istehsal olunub (azalma 4,7%). İxrac üçün avtomobil istehsalı isə 17,6% azalaraq 75,343 min təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, Böyük Britaniyada istehsal olunan avtomobillərin 80%-dən çoxu ixrac edilib. Avropa İttifaqı ölkələri Britaniya avtomobillərinin əsas istiqaməti olaraq qalıb (32,17 min avtomobil, illik 34,6% azalma). Bu arada, ABŞ-yə tədarüklər təxminən iki dəfə (96%) artaraq 14,58 min avtomobilə çatıb.

Ötən ay ölkədə 24 719 min ədəd elektromobil və hibrid istehsal edilib ki, bu da ötən illə müqayisədə 32,6% azdır.

Yanvar-oktyabr aylarında ölkədə ümumi istehsal 10,8% azalaraq 670,346 min avtomobil təşkil edib ki, bu da əsasən ixracın 14,8% azalaraq 511,2 min ədəd olması hesabına olub.