Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiya Mərkəzi Bankı (BOJ) faiz dərəcələrini sabit saxlayıb.
Banco.az xəbər verir ki, cümə axşamı Yaponiya Bankı (mərkəzi bank) qlobal iqtisadi gündəmi araşdırmaq zərurətini əsas gətirərək aşağı faiz dərəcələrini saxlayıb.
Bank növbəti faiz artımının nə zaman ediləcəyinə qərar verərkən kövrək daxili bərpa risklərinə diqqət yetirdiyini vurğulayıb.
BOJ bu qərarı ilə proqnozlara uyğun olaraq uçot dərəcəsini 0,25 faiz səviyyəsində sabit saxlayıb.
Bununla belə, mərkəzi bank önümüzdəki illərdə inflyasiyanın 2 faiz hədəfi ətrafında hərəkət edəcəyini proqnozlaşdırıb və iqtisadiyyatın mülayim bərpasını davam etdirəcəyi təqdirdə borclanma xərclərini artırmağa davam etmək əzmində olduqlarını vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!