Yapı Kredi Bank Azərbaycan ikinci rübü mənfəətlə başa vurdu | Banco.az

Yapı Kredi Bank Azərbaycan ikinci rübü mənfəətlə başa vurdu

Avropanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvü Yapı Kredi Bank Azərbaycan 2017-ci ilin ikincü rübünün nəticələrini ictimaiyyətə elan edib.

Bankın internet səhifəsində dərc edilən məlumatlara baxdıqda bankın maliyyə vəziyətinin qənaətbəxin üzərində olduğunu görmək mümkündür. Belə ki, maliyyə hesabatlarına əsasən, bank 2017-ci ilin ikinci rübünü 3,2 milyon AZN xalis mənfəətlə başa vurmuşdur. Bankın maliyyə nəticələrini şərh edən Yapı Kredi Bank Azərbaycanın İdarə Heyətinin Sədri, cənab Cenk Yüksel“Avropada və Türkiyədə olan bankçılıq təcrübəmizi Azərbaycanda da tətbiq edirik. Hər iqtisadi şəraitə uyğunlaşa bilən idarə etmə modelimiz bankımızın daha dayanılqı olmasını təmin edir. Yapı Kredi Bank Azərbaycan müştərilərimizin tələblərini tam şəkildə yerinə yetirmək iqtidarındadır.”demişdir

Yapı Kredi Bank Azərbaycanın hesabatlarında digər bir məqam isə bankın xalis faiz gəlirinin artmasıdır. Belə ki, ötən ilin birinci yarısının sonu ilə müqayisədə bu ilin birinci yarısında bankın xalis faiz gəlirləri 12%-dən çox artaraq 11,8 milyon AZN təşkil etmişdir. Yapı Kredi Bank Azərbaycanın xalis əməliyyat mənfəəti isə ötən ilin ikinci rübü ilə müqayisədə bu ilin ikinci rübünün sonunda 8.2% artaraq 8,4 milyon AZN olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda fəaliyyət göstərdiyi dövrdən dayanıqlı idarəetmə modeli üzərində fəaliyyətini davam edən bank müştərilərinin güvənini  il-ildənartırmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə Yapı Kredi Bank Azərbaycana etibar edilən depozitlərin miqdarında 107% artım müşahidə edilir. Bank 2017-ci ilin ikinci rübünün sonunda 379,3 milyon AZN depozit cəlb etməyi bacarmışdır ki, bu da yuxarıda qeyd etdiyimiz kimi müştərilər tərəfindən güvənilməsinin və rəğbət qazanmasının sübutudur. Bu depozitlərin 34,6 milyon AZN-i fiziki şəxslərin tələbli depozitləri, 266,6 milyon AZN hüquqi şəxslərin tələbli depozitləri, 78 milyon AZN isə fiiki və hüquqi şəxslərin müddətli depozitləri təşkil edir.

Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan 2000-ci ildə fəaliyyətə başlamışdır. Bankın səhmdarları İtalyanın öndə gedən bankçılıq qrupu UniCredit SPA və Türkiyənin ən böyük holdinglərindən biri Koç Qrupdur. Bank Azərbaycanda filial şəbəkəsi və rəqəmsal bankçılıq kanalları ilə müştərilərinə xidmətlər təklif edir.