Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2024-cü ilin fevral ayında Cənubi Koreyanın markası “Samsung”un bazar payı artaraq 27,92% təşkil edib. Yanvar ayında “Samsung”un bazar payı 27,11%, ötən ilin sonunda isə 31,16% olub.
Banco.az bu barədə "statcounter"ə istinadən xəbər verir.
Məlumata görə, Çinin “Xiaomi” markasının bazar payı fevralda 19,12% olub. Yanvarda bu göstərici 20,68% təşkil edib. Ötən ay ABŞ-ın markası “Apple”ın bazar payı isə yanvarla müqayisədə 16,48%-dən 17,83%-ə yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!