Okinavadakı yanmış Syuri qala kompleksinin bərpası üçün cəmi altı gün ərzində 350 milyon yen (3,2 milyon ABŞ dolları) toplanıb.
İanə yığımı Okinava prefekturasının inzibati mərkəzi - Naha şəhərinin rəhbərliyi tərəfindən noyabrın 1-də elan edilib. Kompleksin yerləşdiyi şəhərin səlahiyyətlilərinin çağırışına 25 min nəfər cavab verib. Vəsait yığımı gələn ilin yazına qədər davam edəcək.
Qeyd edək ki, ötən həftə UNESKO-nun Ümumdünya İrsi Siyahısında yer alan Syuri qalasında böyük yanğın baş verib, kompleksin əsas binası da daxil olmaqla yeddi tikili tamamilə məhv olub.
Yanğının səbəbi hələ də məlum deyil.
Report