Pulun belə satın ala bilmədiyini şey olan xoşbəxtliyə ingilis tədqiqatçılarından qiymət tapıldı. Belə ki, "Xoşbəxtliyin qiyməti nə qədərdir?" sualına cavab axtaran ingilis tədqiqatçılar, ilk dəfə xoşbəxtliyə maddi dəyər biçdi.
Araşdırma London School of Economics Universiteti tərəfindən icra edildi. 40 min ailədən onları ən çox hansı fəaliyyətin xoşbəxt etdiyi soruşuldu. Xoşbəxtlik nisbətləri pul ilə müqayisə edildi. Aparılan hesablamalara görə, incəsənət və idmanın, bir adamın illik gəliri 6 min azn artmış kimi xoşbəxtlik verdiyi müəyyən olundu.
Araşdırmaya görə, ən yaxşı hiss elətdirən fəaliyyət rəqs etməkdir. Bu fəaliyyətin qiyməti 2200 azndir. İkinci sırada üzmək var. Üzməyin verdiyi xoşbəxtliyin maddi dəyəri 2100 azn-dir. Üçüncü yer kitabxanaya getməkdir. Kitabxanaya getməyin maddi dəyəri isə 900 azn-dir.
Tədqiqatda insanları xoşbəxt edən bu fəaliyyətlərin sağlamlıq üzərindəki təsiri də hesablandı. Nizamlı olaraq mədəni fəaliyyətlərdə iştirak edənlərin və idman edənlərin, daha sağlam olduğu məlum oldu.
Günel Abduraxmanova / Banco.az