Bildiyimiz kimi hər bir kommersiya şirkətinin son məqsədi fəaliyyətinin nəticəsi olaraq mənfəət əldə etməkdi, elə bankların da. Nəzərə alsaq ki, son illər Azərbaycan iqtisadiyyatı üçün çətin dönəmlər oldu, bu dönəmlər də öz təsirini ilk növbədə bank sektoruna göstərdi. Banklar zərərdən yaxa qurtara bilmədilər, bir neçə bank isə müflis elan olunaraq bağlandı. Bankların əksəriyyəti 2017-cı ili zərərlə başa vurdu.
2018-ci ilin birinci rübünə nəzər saldıqda isə görmək olur ki, banklar artıq çətin dönəmi tədricən geridə qoymağa və mənfəətlə işləməyə başlayıblar. Lakin bir sıra banklar hələ də zərərlə işləməyə davam edir.
Bəzi bankların ziyanda olmasının səbəbi isə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi məqsədi ilə ayrılan xüsusi ehtiyatların həcminin bankların əməliyyat mənfəətindən daha çox olması ilə bağlıdır. Qeyd edək ki, ehtiyatların ayrılması qaydaları Mərkəzi Bankın normativləri ilə tənzimlənir.
Bankların 2018-ci ilin ilk yarımillik "Mənfəət və zərər" hesabatlarını araşdırdıq və onları xalis mənfəətinin həcminə görə sıraladıq. Hansı bankların mənfəətdə, hansı bankların zərərdə olduğunu bilmək istəyirsinizsə hazırladığımız siyahı ilə tanış ola bilərsiniz:
Qeyd: Qırmızı rənglə yazılmış banklar zərərdədir.
Banklar |
Xalis mənfəət (min manatla) |
|
Azərbaycan Beynəlxalq Bankı |
139 895 |
|
Kapital Bank |
22 263 |
|
Bank Silkway |
11 679 |
|
Xalq Bank |
7 523 |
|
Paşa Bank |
6 532 |
|
AFB Bank |
5 191 |
|
Unibank |
4 739 |
|
Bank Avrasiya |
3 224 |
|
Ziraat Bank |
1 692 |
|
ASB Bank |
1 689 |
|
Günay Bank |
1 267 |
|
Bank Melli İran |
856 |
|
NBC Bank |
818 |
|
Express Bank |
749 |
|
YapıKrediBank |
660 |
|
AtaBank |
341 |
|
Bank BTB |
298 |
|
Bank of Baku |
234 |
|
TuranBank |
216 |
|
Bank Respublika |
211 |
|
AzərTürkBank |
192 |
|
Rabitəbank |
102 |
|
Pakistan milli bankı |
13 |
|
Nikoil Bank |
(309) |
|
Bank VTB |
(247) |
|
Muğan Bank |
(1 824) |
|
AG Bank |
(3 224) |
|
AmrahBank |
(5 384) |
|
AccessBank |
(8 601) |
Xəzər Aslanov. Banco.az