“Worldcard”la alış-veriş festivalı” kampaniyası! | Banco.az

“Worldcard”la alış-veriş festivalı” kampaniyası!

“Yapı Kredi Bank Azərbaycan” Worldcard kredit kartının Azərbaycanda fəaliyyətə başlamasının 9-cu ili münasibəti ilə müştəriləri üçün yeni kampaniyasını təqdim edir.

1 oktyabrdan 31 dekabra qədər  Worldcard  sahibi olan müştərilər üçün ölkədaxilində və ya ölkəxaricində olmasından asılı olmayaraq bütün POS terminallar vasitəsilə və onlayn edilən 100 AZN və daha çox məbləğdə alış-verişlər 3 hissəyə bölünəcək. Kampaniya daxilində  edilən alış-verişlər hissələrə bölünən zaman heç bir əlavə kommissiya tətbiq olunmayacaq.

Qeyd edək ki, kampaniya bütün digər bankların POS terminallarında və bütün onlayn alış-veriş saytlarında keçərlidir!

Yapı Kredi Bank Azərbaycan dünyanın bir neçə  ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.

Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycanın məhsul və xidmətləri barədə məlumatları bankın filiallarından, www.yapikredi.com.az internet adresindən, *0444 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et