Avropada iqtisadiyyata inam azalıb | Banco.az

Avropada iqtisadiyyata inam azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada bu ay iqtisadiyyata inam azalıb.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyası sentyabr ayı üzrə Biznes və İstehlakçı Sorğusunun nəticələrini dərc edib.

Nəticələr göstərir ki, Aİ-də İqtisadi İnam İndeksi sentyabr ayında 96,7 punkt səviyyəsində sabit qalıb.

Sözügedən dövrdə Avrozonada İqtisadi İnam İndeksi əvvəlki ayla müqayisədə 0,3 bənd azalaraq 96,2 punkta düşüb.

Sözügedən dövrdə İqtisadi İnam İndeksi Aİ-nin ən böyük iqtisadiyyatı olan Almaniyada 1,2 bənd, Fransada isə 1,4 bənd azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Digər tərəfdən, Avrozonanın İstehlakçı İnam İndeksi isə sentyabr ayında mənfi 12,9 punkt olaraq təyin olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram