Bitkoinin bu tarixdən qiyməti 200 min dollar ola bilər | Banco.az

Bitkoinin bu tarixdən qiyməti 200 min dollar ola bilər

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bitkoin növbəti  18 ay ərzində təxminən 200 min dollara yaxşılaşacaq.

Banco.az xəbər verir ki, bunu  CleanSpark İT həllərinin baş direktoru Zak Bredford deyib.  O hesab edir ki, bu hədd pik nöqtə olacaq.

O əlavə edib ki, bitkoinin halving (mükafatın yarıya bölünməsi) dövrlərindən sonra qiymətlər adətən kapital hərəkətləri və seçki dövrləri tərəfindən müsbət istiqamətdə düzəlişlə qarşılaşır.Yəni, halving zamanı və ya ondan sonra həm investorların artan marağı, həm də siyasi və iqtisadi mühitin (xüsusən seçkilərin) bitcoinin qiymətinə müsbət təsir etməsi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

"Bitkoinin qiymətlərində əhəmiyyətli artımı seçkilərdən sonra – noyabr-yanvar aylarında görməyə başlayacağıq. Bununla da  xərclərin optimallaşdırılması maynerlər üçün marjanın əhəmiyyətli dərəcədə genişlənməsinə gətirib çıxaracaq," – deyə CleanSpark-ın baş direktoru vurğulayıb.

Qeyd edək ki, dünyada kriptovalyuta milyonçularının sayı son il ərzində iki dəfə artıb.