Dəmir filizi qiymətləri kəskin bahalaşıb | Banco.az

Dəmir filizi qiymətləri kəskin bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində mənzil sektorunda açıqlanan yeni təşviqlərin təsiriylə dəmir filizi qiymətləri yeni həftəyə sürətli yüksəlişlə daxil olub.

Banco.az xəbər verir ki, Çində elan edilən yeni təşviqlər səbəbindən dəmir filizi qiymətləri sürətlə artıb.

Belə ki, dəmi filizinin bir tonu üçün qiymətlər 110 dolları ötüb.

Xatırladaq ki, Şanxay, Quançjou və Şençjen hökumətləri Pekinin çətin vəziyyətdə olan daşınmaz əmlak sektorunu dəstəkləmək üçün son səylərindən sonra qaydaları yumşaltmaq qərarına gəliblər.

Quançjou ev alıcılarına qoyulan bütün məhdudiyyətləri qaldıran ilk birinci səviyyəli şəhər olub. Çinin maliyyə mərkəzi Şanxay və texnologiya sənayesi ilə tanınan cənub şəhəri Şençjen birinci və ikinci evlər üçün minimum ilkin ödəniş dərəcələrini müvafiq olaraq 15% və 20%-ə endirdiklərini açıqlayıblar.

Ən sərfəli kredit üçün müraciət et

Çin Xalq Bankı da bazar günü ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsinə icazə verəcəyini elan edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram