Avrozonada sənaye istehsalı gözləniləndən çox azalıb | Banco.az

Avrozonada sənaye istehsalı gözləniləndən çox azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada sənaye istehsalı sentyabr ayında əvvəlki ayla müqayisədə 2 faiz azalıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) sentyabr ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın mövsümi düzəliş edilmiş sənaye istehsalı məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, Avrozonada sənaye istehsalı sentyabr ayında avqust ayına görə 2 faiz, ötən ilin eyni dövrünə görə isə 2,8 faiz azalıb.

Bazar proqnozları Avrozonada sənaye istehsalının aylıq 1,3 faiz, illik isə 2 faiz azalacağı istiqamətində idi. Açıqlanan məlumatların proqnozlardan daha mənfi olması diqqət çəkib.

Aİ-də isə sənaye istehsalı sentyabr ayında aylıq 2 faiz, illik 2,4 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən dövrdə Aİ ölkələri arasında sənaye istehsalında ən yüksək aylıq artım 5,8 faiz ilə Xorvatiya, 2,7 faiz ilə Portuqaliya və 1,6 faiz ilə Sloveniyada olub. Ən böyük azalma isə 10,7 faiz ilə İrlandiyada, 5 faiz ilə Danimarkada və 2,9 faiz ilə Niderlandda qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram