Müəllif: Ayşən İmanova, Banco.az
Finlandiyanın müdafiə xərcləri bu onilliyin sonuna qədər NATO-nun tələb etdiyi ÜDM-in 2%-nə yüksələcək.
Banco.az xəbər verir ki, bunu ölkənin baş naziri Petteri Orpo deyib.
“Finlandiya 20-ci illərin sonu və 30-cu illərin əvvəllərində müdafiə üçün daha dörd milyard ayırmağa hazırlaşmalıdır. Bu o deməkdir ki, biz artıq Müdafiə Qüvvələrinə materialları 2% (ÜDM) səviyyəsində planlaşdırmaq və sifariş etmək hüququnu verməliyik”, - Orpo bildirib.
“İlta-Sanomat” qəzetinin məlumatına görə, 2024-cü ildə Finlandiyanın müdafiə xərcləri ÜDM-in 2,3%-i və ya 6,5 milyard avro təşkil edir, 64 ədəd F-35 qırıcı təyyarəsinin alınması hesabına xərclər yüksək səviyyədədir.
Müdafiə Nazirliyinin məlumatına görə, xərclər 2024-cü ildən 2027-ci ildə ÜDM-in 1,99%-nə düşməyə başlayacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!