Vətəndaşlıq və yaşayış üçün investorların üstünlük verdiyi ölkələr bəlli olub | Banco.az

Vətəndaşlıq və yaşayış üçün investorların üstünlük verdiyi ölkələr bəlli olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Vətəndaşlıq və yaşayış üçün investorların əsas diqqəti bu iki ölkəyə çevrilib.

Banco.az xəbər verir ki, beynəlxalq investisiyalar vasitəsilə vətəndaşlıq və yaşayış proqramları üçün məsləhət xidmətləri göstərən "Henley & Partners" illik qabaqcıl nəşrlərindən biri olan "İnvestisiya Miqrasiya Proqramları" hesabatını dərc edib.

Hesabatda Malta Qlobal Vətəndaşlıq Proqramı İndeksində 100 bala qarşı 77 balla yenidən birinci olub.

Ardıcıl doqquz ildir ki, birinciliyini qoruyub saxlaya bilmiş strateji mövqedə yerləşən Avropa ölkəsi Maltada qüvvədə olan Birbaşa İnvestisiya Yoluyla Müstəsna Xidmətlərə görə Vətəndaşlığın Verilməsi haqqında Əsasnamə ölkənin iqtisadi inkişafına töhfə verən əcnəbi şəxslərə və onların ailələrinə vətəndaşlıq şəhadətnaməsi ilə vətəndaşlıq verilməsinə icazə verir.

Müraciət edənlərin ölkə iqtisadiyyatına əhəmiyyətli töhfə verməsini tələb edən investisiya təklifi ilə Avstriya 74 balla Qlobal Vətəndaşlıq Proqramı İndeksində Maltadan sonra ikinci olub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Avropa ölkələri 2024-cü il Qlobal Yaşayış Proqramı İndeksində də adlarını ilk 5-likdə yerləşdirərək siyahının aparıcı proqramları olmağı bacarıblar. Belə ki, Portuqaliyanın Qızıl Yaşayış İcazəsi Proqramı 100 bala qarşı 75 balla 26 proqram arasında birinci yeri tutub. Hər biri 73 bal toplayan Avstriya Xüsusi Sessiya Proqramı və Aralıq dənizinin yüksələn ulduzu Yunanıstan Qızıl Viza Proqramı 2-ci yeri bölüşdürüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram