Valyutaların adları hansı məna verir? | Banco.az

Valyutaların adları hansı məna verir?

 “OxfordWords” lüğətində dünya valyutalarının adlarının etimologiyası aşağıdakı formada verilib:

1. Dollar – Dünyada ən çox yayılan valyutadır. Eyniadlı pul vahidindən ABŞ, Avstraliya, Kanada, Yeni Zelandiya, Sinqapur və digər ölkələrdə də istifadə olunur. Flaman və almancadan tərcümədə Joachimsthal – “İohamin vadisi” mənasını verən şəhər adıdır. Burada bir vaxtlar gümüş istehsal olunub. Bu gümüşdən kəsilən qəpiklər “Joachimsthaler” adlandırılmağa başlayıb. Bu ad sonradan qısaca olaraq “taler” kimi işlənməyə başlayıb və nəticədə “dollar” sözü əmələ gəlib.

2. Avro – Avropa sözünün qısaldılmasıdır və faktiki olaraq Avropanın 19 ölkəsinin (Avstriya, Belçika, Almaniya, Yunanıstan, İrlandiya, İspaniya, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Estoniya) rəsmi pul vahididir.

3. Funt – Britaniya funtu sözünün mənası latın sözü olan “poundus” sözündən əmələ gəlib və mənası “çəki” deməkdir. Valyutadan Misir, Livan, Sudan və Suriyada istifadə olunur.

4. Çin yuanı – yapon yeni, koreya vonu – Çinin “圓” heroqlifi “dairəvi” və ya “dairəvi qəpik” mənasını verir. Bu üç valyutanın adlarının mənası da məhz bu heroqlifdən gəlir.

5. Lira – İtaliya və türk lirəsi latın sözü olan “libra” sözündən götürülüb, mənası “funt” deməkdir.

Ən sərfəli kredit üçün müraciət et

6. Marka – Almaniyaya və Finlandiyaya avronun gəlişindən əvvəl pul vahidi olaraq “marka” istifadə olunurdu. Bu söz tərcümədə “çəki” deməkdir.

7. Rial – Latın söz olan “regalis” tərcümədə “krala məxsus” mənasını verir. Oman və İran rialı məhz bu sözdən əmələ gəlib. Onlardan başqa bu valyutadan Qətər, Səudiyyə Ərəbistanı və Yəmən istifadə edir.

8. Kron – Skandinaviya ölkələrinin çoxunun istifadə etdiyi bu valyuta adını latın dilindəki “corona”, yəni “tac” sözündən götürüb. İsveç, Norveç, Danimarka, İslandiya, Çexiya valyutalarının adı məhz bu latın sözündən götürülüb.

9. Dinar – İordaniya, Əlcəzair, Serbiya və Küveytin pul vahidi belə adlanır. Latın sözü olan “dinariy”in qısaldılmış formasıdır. Qədim Romada belə gümüş qəpiklər istifadə olunurdu.

10. Rupi – Bu sözünün mənası “döyülmüş gümüş” deməkdir və Hindistan, Pakistan və İndoneziyada istifadə olunur.

11. Rubl – Rusiya və belarus rublu adını gümüşün ölçü vahidindən götürür.

12. Manat – sözünün mənası rus “монета” sözündən yaranıb. “Mонета” sözü isə latın “moneta” sözündən yaranıb və tərcüməsi “məsləhətçi” deməkdir.

kriptoinvest.az