Müəllif: Tamara Mustafayeva, Banco.az
Misir Mərkəzi Bankı növbədənkənar iclas keçirərək faiz dərəcələrini artırıb.
Banco.az xəbər verir ki, valyuta qıtlığı yaşayan və BVF-dən milyard dollarlıq kredit istəyən Misirin mərkəzi bankı bu gün uçot dərəcəsini 600 baza bəndi artıraraq 27,25 faizə çatdırıb.
Ölkənin Pul Siyasəti Komitəsi “inflyasiya ilə mübarizəni sürətləndirmək və baza inflyasiyanın azalmasına nail olmaq üçün monetar sərtləşdirmə prosesini sürətləndirməyə qərar verdiyini” bildirib.
Mərkəzi Bank ölkədə rəsmi və qeyri-rəsmi valyutaların bərabərləşməsinin “kritik” olduğunu da vurğulayıb.
Qeyd edək ki, valyuta dövriyyəyə buraxıldıqdan sonra Misir funtu dollara nisbətdə 26,5 faiz dəyər itirib və ötən il 30,9 səviyyələrində ticarət edilən Dollar/Misir funtu 42 səviyyəsinə yüksəlib.
Xatırladaq ki, BVF Misiri 30 faizə yaxın inflyasiya ilə mübarizə aparmaq üçün pul siyasətini sərtləşdirməyə və daha çevik rəsmi məzənnə qəbul etməyə təşviq edirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!