Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 103,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, əvvəlki hərracla (8 fevral) müqayisədə 47,2 milyon dollar və ya 45,4% azdır.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, son 2 hərracda bankların dollar tələbi 100 milyon dollardan çox olub. Fevralın əvvəlindən bəri keçirilən 5 hərracda bankların dollar tələbi 474,8 milyon ABŞ dollar təşkil edib.
Tarix (2024-cü il üzrə) |
Tələb |
15 fevral |
103,9 milyon dollar |
13 fevral |
151,1 milyon dollar |
8 fevral |
61,4 milyon dollar |
6 fevral |
79,7 milyon dollar |
1 fevral |
78,7 milyon dollar |
Bizi sosial şəbəkələrdən izləyin!!