Müəllif: Gülnar Əhmədli, Banco.az
Bankların dollar tələbi yenidən yüksək olaraq qalıb. Belə ki, bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 105,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, əvvəlki hərracla (22 fevral) müqayisədə 3 milyon dollar və ya 2,8% azdır.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, son 5 hərracdır ki, bankların tələbi 100 milyon dolları ötür. Fevralın əvvəlindən bəri keçirilən 7 hərracda bankların dollar tələbi 770.6 milyon ABŞ dollar təşkil edib.
Tarix (2024-cü il üzrə) |
Tələb |
27 fevral |
105,1 milyon dollar |
22 fevral |
108,1 milyon dollar |
20 fevral |
102,6 milyon dollar |
15 fevral |
103,9 milyon dollar |
13 fevral |
151,1 milyon dollar |
8 fevral |
61,4 milyon dollar |
6 fevral |
79,7 milyon dollar |
1 fevral |
78,7 milyon dollar |
Bizi sosial şəbəkələrdən izləyin!!