Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 93 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, əvvəlki hərracla (14 mart) müqayisədə 9,7 milyon dollar və ya 11,6% çoxdur.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, martın əvvəlindən bəri keçirilən 5 hərracda bankların dollar tələbi 403,7 milyon ABŞ dollar təşkil edib.
Hərrac (mart ayı) |
Tələb |
19 mart |
93 milyon dollar |
14 mart |
83,3 milyon dollar |
12 mart |
79,4 milyon dollar |
7 mart |
79,1 milyon dollar |
5 mart |
68,9 milyon dollar |
Bizi sosial şəbəkələrdən izləyin!!