Unibank ASC 2017-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Sözügedən dövrdə bankın cəmi aktivləri 690,444 mln. manat olub. Bunun 387,354 mln. manatını müştərilərə verilmiş kreditlər, 6,114 mln. manatını qiymətli kağızlara investisiyalar, 112,2017 mln. manatını idə AMB-ə qarşı tələblər təşkil edir.
Unibankın cəmi öhdəlikləri 2017-ci ilin ilk rübü ilə müqayisədə 61 mln manat azalaraq 573,506 mln. manat təşkil edib.
Bankın kapitalı artıb.
Belə ki, 31 mart 2017-ci il tarixində bankın cəmi kapitalı 67,943 mln. manat təşkil edirdisə, həmin ilin 30 iyun tarixinə bankın cəmi kapitalı 2 dəfəyə qədər artaraq 116,938 mln. manata çatıb.
Bank ilin ikinci rübündə mənfəətə keçməyi bacarıb. Belə ki, 5,378 mln. manat xalis əməliyyat mənfəəti əldə edən bank ehtiyatlara 4,284 mln. manat ayıraraq 1,094 mln. manat xalis mənfəət əldə edib.