Ukrayna BVF ilə ilkin saziş imzalayıb | Banco.az

Ukrayna BVF ilə ilkin saziş imzalayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Valyuta Fondu (BVF) və Ukrayna təxminən 1,1 milyard dollarlıq maliyyə yardımı üçün ilkin razılığa gəliblər.

Banco.az xəbər verir ki, Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya BVF-dən kritik maliyyələşdirmə üçün yaşıl işıq yandırılıb.

Belə ki, Ukrayna Beynəlxalq Valyuta Fondu (BVF) ilə təxminən 1,1 milyard dollarlıq maliyyə yardımı üçün ilkin razılıq əldə edib.

Qeyd edək ki, BVF ilə ilkin razılaşma BVF-in icraçı şurasının təsdiqindən keçəcək. BVF ilkin razılaşmanın “yaxın həftələrdə” təsdiqlənməsinin gözlənildiyini bildirib.

BVF-in dörd il ərzində Ukraynaya 15,6 milyard dollar maliyyələşdirmə proqramı Ukrayna üçün daha geniş qlobal iqtisadi dəstək paketinin mühüm hissəsidir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et