Pandemiya və iqtisadi böhran bizə hobbilərimizdən, maraqlarımızdan pul qazana biləcəyimizi öyrətdi. Əlbəttə ki, bu işdə internetin və sürətlə yenilənən sosial media trendlərinin rolu böyük oldu. Pandemiyadan sonra bəzilərimiz bu kiçik təşəbbüsləri biznesə çevirməyə nail olduq.
İndi isə yaratdığımız kiçik biznesi uğurlu və daha gəlirli edən yollardan danışacağıq.
Yaratdığınız məhsula uğurlu ad seçin
Ad istənilən məhsul üçün çox vacibdir. Sizin işinizi, hazırladığınız əşyanı, təamı və ya digər xidməti əldə edən şəxslərin yadında qalan ilk amil budur. Onun üçün də ad seçərkən səslənməni, mənanı nəzərə alaraq, yaddaqalan olmasına diqqət edin.
Xidmətinizin təqdimatına diqqət yetirin
Hansı işi görməyinizdən asılı olmayaraq, təqdimat çox vacibdir. Tutaq ki, siz şirniyyat hazırlayırsınız, onu müştəriyə təqdim edəcəyiniz qablaşdırma sizin haqqınızda önəmli şeylər deyir. Bu səbəbdən, məhsulunuzun və ya xidmətinizin təqdimatını xüsusi diqqətlə edin. İşinizə nə qədər önəm verdiyinizi bu üsulla müştərilərinizə çatdıra bilərsiniz.
Sosial mediada aktiv fəaliyyət göstərin
Məhsulumuzun adını və təqdimat formasını seçdikdən sonra onun şəkillərini çəkərək sosial mediada yerləşdirin. Qısa məlumat verərək izləyicilərinizi məhsulla tanış edin. Çoxlu paylaşım, keyfiyyətsiz şəkil və video ilə izləyicini cəlb etməyə çalışmaqdan çəkinin.
Biznesinizin maddi məsələlərinə önəm göstərin
Kiçik təşəbbüsdən başlayan biznesinizi daha da böyütmək üçün onun ən önəmli hissəsinə, maliyyə məsələlərinə xüsusi diqqət ayırın. Sifarişlərinizi dəftərdə qeyd edin, tarix, say və ödəmələrin tarixçəsini tutun. Əgər göstərdiyiniz xidmət üçün ön ödəniş tələb olunursa, bunu deməkdən çəkinməyin. Bu gün hər kəs nağdsız ödənişlər ilə sürətlə pul köçürə bilir. Kart vasitəsilə köçürmələrdən əlavə, komissiyasız ödəniş növlərindən istifadə etmək daha məqsədəuyğun olar. Bu cür ödəniş növləri sırasında m10 tətbiqini misal gətirmək olar. Bu elektron pulqabı biznes sahibləri və müştərilərə sürətli və komissiyasız pul köçürməsi və nağdlaşdırması təklif edir. Biznesinizin rəqəmsallaşması uğurunuz bir hissəsi olacaq.
Böyüməkdən daha çox keyfiyyəti artırmağa can atın
Uğurlu kiçik bizneslərin bəzən böyüməyə tələsdiyi üçün uğursuzluğa düçar olur. Bu səbəbdən işləriniz yaxşı gedəndə, biznesi böyütməkdən daha çox, işinizin keyfiyyətini artırmağa fokuslanın. Bu sizə daimi müştərilər qazanmağa kömək edəcək. Nəzərə alın ki, kiçik butiklərdə dünyanın ən bahalı işləri satılır, kiçik restoranlarda dünyanın ən bahalı yeməkləri təqdim olunur. Bu səbəbdən məkanınızı deyil, ustalığınızı böyütməyə həvəslənin.
Gördüyünüz işin nə olmasından asılı olmayaraq, məqsədiniz insanlara xidmət etmək və bacardığınız bir işi əməyinizin haqqı qarşılığında insanlarla paylaşmaqdırsa, mütləq uğur qazanacaqsınız!
Bizi sosial şəbəkələrdən izləyin!!