Müəllif: Gülnar Əhmədli, Banco.az
Bir insanın yuxudan əvvəl etdiyi şey çox vaxt növbəti günün enerjisini və əhvalımızın necə olacağını müəyyənləşdirir. Bu fəaliyyətlər yuxu keyfiyyətinizə müsbət və ya mənfi təsir edərsə, onların təsirləri düşündüyünüzdən çox daha böyük ola bilər. Uğurlu insanlar üçün yatmazdan əvvəl əməl etdikləri sadəcə bir vərdiş deyil, həm də həyatlarının ayrılmaz hissəsidir. Bəs bu insanlar yatmazdan əvvəl nə edirlər? Birlikdə nəzər salaq:
1. Oxumaq
Uğurlu insanlar arasında ümumi bir vərdiş var: Kitab oxumaq. Bu insanlar yatmazdan əvvəl və ya gün ərzində boş vaxtları olduqda kitablarla vaxt keçirirlər. Bu vərdiş sayəsində onlar nəinki bilik əldə edirlər, həm də bu onların zehninə stimullaşdırıcı təsir göstərir. Onlar müxtəlif mövzularda geniş çeşiddə kitablar oxuyurlar: fəlsəfə, tarix, incəsənət, elm və s.
2. Görüləcək işlər siyahısını hazırlamaq
Uğurlu insanlar yaxşı yuxunun nə qədər vacib olduğunu bilirlər. Yuxunun keyfiyyəti insanın zehni və fiziki fəaliyyətinə təsir göstərir. Buna görə də, gün ərzində qarşılaşılan və ertəsi gün həll edilməli olan işlərin siyahısını yaratmaq, bir çox uğurlu insanların izlədiyi bir üsuldur.
Gün ərzində insanın beynini məşğul edən bir çox məsələlər olur. Beyin yorğunluğu gecə yuxusuna mənfi təsir göstərə bilər və buna görə də növbəti gün məhsuldarlığı azalda bilər. Bunun qarşısını almaq üçün uğurlu insanlar adətən günün sonunda fikirlərini təmizləyir və növbəti günü planlaşdırırlar.
3. Ailə ilə vaxt keçirmək
Ailə həyatımızın ən dəyərli hissələrindən biridir. Partnyorumuz, uşaqlarımız və hətta ev heyvanlarımızla vaxt keçirmək əlaqələrimizi gücləndirmək və bağlarımızı dərinləşdirmək üçün çox vacibdir. Bu zamanlar təkcə xoş anlar deyil, həm də sağlam münasibətlərin əsasını təşkil edir.
4. Meditasiya etmək
Meditasiya son illərdə həm sağlamlıq, həm də zehni rifah üçün vacib bir təcrübə halına gəlib. Bununla belə, meditasiya təkcə sakitlik və daxili dinclik təmin etmək kimi düşünülməməlidir. Dünyadakı bir çox uğurlu insanlar müntəzəm meditasiya təcrübəsinin onların həyatlarına necə müsbət töhfə verdiyini vurğulayırlar.
5. Yuxu planının hazırlamaq
İndiki vaxtda bir çox insanların məşğul həyatımızın nəticəsi olaraq yuxusuzluqla mübarizə apardığı məlumdur. Yuxusuzluq təkcə sağlamlıq problemi deyil, həm də insanın məhsuldarlığına və həyat keyfiyyətinə təsir edən mühüm amildir. Lakin bu çətinliyin öhdəsindən gəlmək üçün bəzi praktik addımlar var. Onlardan biri də yuxu rejimini planlaşdırmaqdır.
Yuxunuzu planlaşdırmaq düzgün həyata keçirildikdə, gününüzü daha səmərəli və enerjili keçirməyə kömək edə bilər. Bunun üçün nə vaxt oyanacağınıza qərar verin, o vaxtdan geri sayın və sonra yatacağınız vaxtı təyin edin.
7. İşdən ayrılmaq
Uğurlu insanlar yatmazdan əvvəl çox şey edirlər, lakin onlar mütləq “işdən” ayrılırlar. İşlə bağlı məsələlər haqqında daim düşünmürlər. Hətta yatmazdan əvvəl iş haqqında düşünmək belə yuxunuzun keyfiyyətinə təsir edə bilər. Çünki bu, sabahın işidir, bu gün işiniz bitib.
Bizi sosial şəbəkələrdən izləyin!!