Ucuz səyahət etməyin 15 üsulu | Banco.az

Ucuz səyahət etməyin 15 üsulu

Tamara Mustafayeva, Banco.az

Hər birimiz səyahət etməyi çox sevirik, ancaq istər xarici ölkələrə, istərsə də ölkə daxilində səfər etmək müəyyən büdcənin ayrılmasını tələb edir. Bəs ucuz qiymətə səyahət imkanı yaradacaq bəzi tövsiyələr versək, hətta bəzi məqamlarda pul xərcləməyə belə ehtiyac qalmayacaq desək, onda necə? Bəli, ucuz qiymətə səyahət etmək mümkündür! Bugünkü məqaləmizdə sizlərə həmin üsulları təqdim edirik.

1. Biletləri erkən alın!

Səyahət dedikdə ilk ağla gələn nəqliyyat xidmətidir. Odur ki, təyyarə, qatar və ya avtobus biletlərini səfər tarixindən çox əvvəl alın. Nə qədər erkən alsanız, qiymətlər bir o qədər ucuz olacaq.

2. Ucuz ölkələrə səyahət edin.

Müəyyən bir destinasiyaya qərar verməmisinizsə, ucuz ölkələrə müraciət edin. 

3. Ucuz və ya pulsuz qonaqlama yeri tapın.

Qonaqlama üçün də mümkün qədər əvvəlcədən yerləri bron edin. Qrup şəklində səfər edirsinizsə, böyük otaqlara üstünlük verin, həmçinin yadda saxlayın ki, 3-4 nəfərlik otaqlar daha sərfəli olur.

Şəhər mərkəzində qonaqlama yeri seçməyin. Beş ulduzlu otellər əvəzinə üç ulduzlu mehmanxanalar, hostellər və koteclərdən istifadə edin.

Ucuz qiymətə qonaqlama imkanı yaradan və dünya üzrə fəaliyyət göstərən bir çox sayt mövcuddur. Bu saytlardan istifadə edərək özünüzə bir mənzil kirayə götürə bilər, ucuz hostel tapa bilər, bir ailənin evində qala bilər və ya xüsusi mülklərin həyətində çadır qura bilərsiniz.

Qeyd: Sözügedən saytlara Couchsurfing, Airbnb, Hostel, Booking, Mind My House, Home exchange, Homestay və digərləri aiddir.

4. İnternetdə gizli rejimdə axtarış edin.

Macbook Air on Grey Wooden Table

Uçuşlar və otellər üçün axtarış edirsinizsə, axtarış tarixçəsini gizlətmək üçün gizli rejimdən istifadə edin, beləliklə də internet saytları axtarışları izləyə bilməz və qiymətləri qaldırma imkanı əldə etməzlər.

5. Çox üstünlük verilməyən vaxtlarda səfər edin!

Yay tətili, tələbələrin semestr tətilləri, bayram tətilləri kimi vaxtlarda gəzmək hər zaman həm qonaqlama, həm də bilet qiymətləri baxımından bahalı olacaqdır. Bununla yanaşı getdiyiniz yerlərdəki insan izdihamınını da nəzərə alın.

6. Marketdən alış-veriş edin.

Woman Standing Beside Pineapple Fruits

Səyahətiniz ərzində marketdən alacağınız ərzaqlarla özünüzə operativ yeməklər hazırlaya bilərsiniz. Bununla da yeməyə çox pul xərcləməli olmayacaqsınız.

7. Yerli əhali ilə məsləhətləşin!

Harada nə ucuzdur, harada nə yemək olar, haranı gedib görmək lazımdır kimi suallara yerli əhalidən faha yaxşı heç kəs cavab verə bilməz.

Ən sərfəli kredit üçün müraciət et

8. Əsla turistlər üçün nəzərdə tutulmuş yerlərdə yemək yeməyin.

Yeməyə yer axtararkən seçiminizi turistlər üçün nəzərdə tutulmuş yerlərdən ən azı bir neçə küçə uzaqdan edin. Nəzərə alın ki, bu bölgələrdə qiymətlər hər zaman daha yüksəkdir.

9. Restoranda ancaq günorta yeməyi yeyin!

Əgər şəhərin tanınmış restoranlarına baş çəkmək istəsəniz, nəzərə alın ki, bahalı restoranlarda axşam yeməyi ilə eyni menyu günorta saatlarında yarı qiymətə təklif edilir.

10. Qiymətləri aşağı salmağa çalışın.

Image result for pazarlık etmek

Dünyanın hər yerində turistlər üçün hər şey normalda olduğu qiymətdən daha bahalıdır və inanın ki, qiyməti aşağı salmağa çalışsanız, heç nə itirməzsiniz. Ən kiçik qiymət endirimi belə sizin xeyrinizə olacaqdır.

11. Taksidən istifadə etməyin!

Yellow Vehicles at the Street

Adətən xarici ölkələrdə taksi sürücüləri qiymətləri turistlərə iki dəfə artıq deyirlər. Odur ki, çətin vəziyyətdə qalmadığınız müddətdə taksilərdən uzaq durun, əks halda isə taksi sifarişi xidmətindən istifadə edin.

12. Çox faiz tutan kredit kartları işlətməyin.

Gündəlik həyatınızda və xüsusilə də səfər zamanı çox faiz tutan kredit kartlarından istifadə etməyin.

13. Hava limanında valyuta dəyişdirməyin.

People Inside Airport

Əgər valyuta dəyişdirməyə ehtiyac duyursunuzsa, səfər etdiyiniz şəhərin hər hansı bir bankında bu əməliyyatı icra etməyiniz daha sərfəlidir, çünki hava limanlarında fəaliyyət göstərən valyuta dəyişdirmə məntəqələri pul itkisinə səbəb ola bilər.

14. İnternetə pul ödəməyin!

Demək olar ki, hər bir ölkədə pulsuz internetə qoşula biləcəyiniz məkanlar var, məsələn, Starbucks və McDonald`s kimi yerlərə müraciət edə bilərsiniz.

15. Gecə qatarlarından istifadə edin!

19. Gece trenleri!

Avropada səfərdə olarkən vaxt və pula qənaət etməyin ən yaxşı yollarından biri gecə qatarlarıdır. Avropanın böyük şəhərləri arasında geniş yayılan, insanların tez-tez müraciət etdikləri qatarlardan istifadə etməklə həm qonaqlama, həm nəqliyyat xərcləri daha ucuz başa gələcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram