Müəllif: Tamara Mustafayeva, Banco.az
“Twitter” məzmun yaradıcılarına "Abunəlik" funksiyası təklif edir.
Banco.az xəbər verir ki, “Twitter”in sahibi İlon Mask sosial media platformasının kontent yaradıcılarına abunə olmaq imkanı təqdim edəcəyini açıqlayıb.
O, rəsmi “Twitter” hesabından məzmun yaradıcılarına belə səslənib:
“Uzun mətnlərdən tutmuş saatlarla davam edən videolara qədər hər cür material üçün izləyicilərinizə abunəlik təklif etmək üçün müraciət edin.”
İstifadəçilərin “Twitter”in parametrlərindəki "Monetizasiya" bölməsi vasitəsilə bu xüsusiyyətdən yararlana biləcəklərini ifadə edən Mask “Twitter”in Android və iOS sistemlərinin tətbiq etdiyi ödənişlər istisna olmaqla, ilk 12 ay ərzində istifadəçilərdən heç bir əlavə ödəniş tutmayacağını da vurğulayıb.
Mask həmçinin bildirib ki, “Twitter” istifadəçilərin işini tanıtmağa da kömək edəcək və əlavə edib ki, məqsədləri istifadəçilərin yaradıcı rifahını maksimuma çatdırmaqdır.
Bizi sosial şəbəkələrdən izləyin!!