Türkiyənin Rusiyadan neft idxalında yeni rekord qeydə alınıb | Banco.az

Türkiyənin Rusiyadan neft idxalında yeni rekord qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin Rusiyadan Ural xam neft idxalı may ayında rekord qırıb.

Banco.az xəbər verir ki, Türkiyənin Rusiyadan dəniz yolu ilə Ural xam neft idxalı may ayında gündəlik 397 min barellə rekord səviyyəyə çatıb.

Türkiyə aprel ayında isə Rusiyadan gündəlik 322 min barel Ural xam neft idxal edib.

Qeyd edək ki, sözügedən göstəricilər "LSEG" məlumatlarına və "Reuters" hesablamalarına əsaslanır.

"Reuters"in hesablamalarına görə, ötən mart ayında Rusiyadan rekord səviyyədə 375 min barel idxal edən Türkiyənin Rusiyadan Ural markalı xam neft idxalı may ayında əvvəlki rekord səviyyə ilə müqayisədə 22 min barel artıb.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün qeyd edək ki, Hindistan dünyanın ən böyük Ural xam neft idxalçısı olaraq qalır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et