Bu ölkə şəxsi avtomobillərindən imtina edən sakinlərinə pul ödəyəcək | Banco.az

Bu ölkə şəxsi avtomobillərindən imtina edən sakinlərinə pul ödəyəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Almaniyanın Frankfurt-Mayn şəhərində şəxsi avtomobillərindən imtina etmələri üçün sakinlərə 600 avroya qədər bonus təklif edilir.

Banco.az xəbər verir ki, bu şəhərdə avtomobillərin sıxlığı ölkə üzrə ən yüksək göstəricilərdən biridir. 750.000 əhaliyə təxminən 350.000 avtomobil düşür. Buna görə də şəhər rəhbərliyi avtomobillərdən imtinanı təşviq etmək qərarına gəlib.

Artıq avtomobilini qeydiyyatdan çıxaran hər kəs Almaniyada etibarlı olan bütün nəqliyyat növləri üçün illik “Deutschlandticket” bileti alacaq. Bilet ayda 49 avroya başa gələcək ki, bir  il üçün bu məbləğ 588 avro təşkil edəcək. Bununla belə, almanlar öz hesablarına velosiped və elektrik skuterləri icarəyə götürməli olacaqlar.

Bonus artıq iyulun 1-dən Frankfurt-Mayn sakinləri üçün etibarlıdır. Nəqliyyat üzrə analitiklər ayda 50-dən 60-a qədər belə müraciət alacaqlarını ehtimal edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et