Azərbaycanda 900 min manata gəmi hərraca çıxarılır | Banco.az

Azərbaycanda 900 min manata gəmi hərraca çıxarılır

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 23 iyul tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlayıb.

Banco.az quruma istinadən xəbər verir ki, həmin gün "B-98" layihəli "Vixr" tipli gəmi də 900 min manata hərraca çıxaracaq.

Məlumata görə, gəminin istehsal tarixi 1986-cı ildir və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinə məxsusdur.

Ən sərfəli kredit üçün müraciət et

Gəminin hərracında iştirak etmək üçün ilkin qiymətin 10%-i (90 000 manat) məbləğində beh ödəmək tələb olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et