İtaliya hakimiyyəti bu bölgəyə köçənlərə 30 min avroya qədər pul ödəyəcək | Banco.az

İtaliya hakimiyyəti bu bölgəyə köçənlərə 30 min avroya qədər pul ödəyəcək

Müəllif:Ayşən İmanova/Banco.az

İtaliya hakimiyyəti Toskanaya köçməyə və dağ qəsəbələrində məskunlaşmağa hazır olan hər kəsə 30 min avroya qədər pul ödəyəcək.

Banco.az xəbər verir ki, İtaliyanın Toskana bölgəsinin səlahiyyətliləri “Residenzialità in Montagna” 2024 (Dağda yaşayış) proqramını işə salıblar. Bu proqram çərçivəsində əhalisi 5 min nəfərdən az olan 76 yerli dağ kəndi və qəsəbəsindən birinə köçmək istəyənlərə 10-30 min avro ayırmağa hazırdırlar.

Layihədə İtaliya və digər Aİ ölkələrinin vətəndaşları, eləcə də İtaliyada uzunmüddətli yaşayış icazəsi olan istənilən digər ölkələrin sakinləri iştirak edə biləcəklər.

“Proqramın məqsədi dağlıq ərazilərin yenidən məskunlaşmasına və sosial-iqtisadi dirçəlişinə kömək etməkdir”, - deyə layihə müəllifləri bildiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ümumi büdcə 2,8 milyon avro təşkil edir. Səlahiyyətlilər tərəfindən ayrılan məbləğlə proqram iştirakçıları ev almaq və onun təmiri xərclərinin 50%-ə qədərini ödəyə bilərlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et