Qərb Ukrayna üçün silah alınmasına 675 milyon dollar ayıracaq | Banco.az

Qərb Ukrayna üçün silah alınmasına 675 milyon dollar ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Qərb ölkələri sonradan Kiyevə təhvil verilməsi üçün Ukraynadakı istehsalçılardan silah alınmasına 675 milyon dollar ayırmağı vəd edib.

Banco.az xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye nazirinin müşaviri Yuri Sak bildirib.

Onun sözlərinə görə, Ukrayna hərbi-sənaye kompleksi Kiyevin təkbaşına ala biləcəyindən qat-qat çox məhsul istehsal etməyə qadirdir. Kiyev bu məqsədlər üçün Qərbdən pul ayırmasını istəyir. Danimarka, Kanada və Niderlandın artıq buna razılıq verdiyi bildirilir.

“İndiyədək Qərbin vəd etdiyi məbləğ 675 milyon dollar təşkil edir. Ümumi məqsədimiz isə bunun 10 milyard dollara çatdırılmasıdır”, - deyə siyasətçi qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et