Türkiyədə pərakəndə satışlar azalmaqdadır | Banco.az

Türkiyədə pərakəndə satışlar azalmaqdadır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə aprel ayında da pərakəndə satışlarda aylıq azalma qeydə alınıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, ölkədə pərakəndə satış həcmi aprel ayında 10,2 faiz artıb.

Bununla da 2022-ci ilin iyul ayından sonra pərakəndə satışlarda ən zəif illik artım müşahidə edilib.

Aylıq müqayisədə isə mart ayından sonra apreldə də azalma qeyd olunub. Belə ki, aprel ayında pərakəndə satışlar aylıq 1,8 faiz azalıb. Mart ayında aylıq azalma 0,2 faiz idi.

Ticarət satış həcmi isə aprel ayında əvvəlki ilin eyni ayına nəzərən 2,5 faiz artıb. Aylıq əsasda isə 4,6 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et