Türkiyə və İspaniya mərkəzi bankları anlaşma memorandumu imzalayıblar | Banco.az

Türkiyə və İspaniya mərkəzi bankları anlaşma memorandumu imzalayıblar

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə və İspaniyanın Mərkəzi Bankları arasında anlaşma memorandumu imzalanıb.

Banco.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) ilə İspaniya Mərkəzi Bankı arasında mərkəzi bankçılıq məsələlərində əməkdaşlığın inkişafına zəmin yaratmaq üçün 1 fevral 2024-cü il tarixində Anlaşma Memorandumu imzalanıb.

Bu anlaşma memorandumunu TCMB sədri Hafize Gaye Erkan və İspaniya Bankının rəhbəri Pablo Hernandes de Kos İspaniyanın Madrid şəhərində imzalayıblar.

TCMB-nin rəsmi internet saytında qeyd edilir:

“Razılaşma çərçivəsində iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın gücləndirilməsi və mərkəzi bankçılıq sahəsində institusional çərçivədə texniki araşdırmaların aparılması nəzərdə tutulur.”

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram