Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayıb.
Banco.az xəbər verir ki, ilin ilk iclasını keçirən Pul Siyasəti Komitəsi (MPK) proqnozlara uyğun olaraq uçot dərəcəsini 250 baza bəndi artıraraq 45 faizə çatdırıb.
Bununla da, Mərkəzi Bank ardıcıl 8 iclasında uçot dərəcəsini artırıb.
Qeyd edək ki, iqtisadçılar da TCMB-nin uçot dərəcəsini 250 baza bəndi artıracağını gözləyirdilər.
Mərkəzi Bank deinflyasiyanın bərqərar olması üçün tələb olunan monetar sərtlik səviyyəsinə nail olunduğunu bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!